Britaniyanın paytaxtı Londonda ilin ən çox gözlənilən moda şousu - "Victoria's Secret Fashion Show" keçirilib.
"London's Earl's Court"da bir neçə saat ərzində podiumda dünyanın ən məşhur supermodelləri brendin yeni kolleksiyalarını nümayiş etdiriblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şouda brendin 2 milyon dollarlıq "Dream Angels Fantasy Bra" dəstini nümayiş etdirən 33 yaşlı braziliyalı supermodel Alessandra Ambrosio "Victoria's Secret"də karyerasını başa vurduğunu bildirib.
Ambrosionun nümayiş etdirdiyi bra 16 min yaqut, brilyant və sapfirlə bəzədilmişdi. 1380 saata başa gətirilmiş branın hazırlanmasında 18 karatlıq qızıldan da istifadə olunub.
Alessandra Ambrosio bundan sonra da supermodel olacağını söyləyib.
Milli.Az