Rihanna gecədə "qızışdırdı" - FOTO

2 Dekabr 2014 20:28

Müğənni açıq donu və ehtiraslı rəqsi ilə gecəyə damğa vurub

Dünən gecə Londonda "British Fashion Awards 2014" adlı-sanlı dəb mükafatının təltif edilmə mərasimi keçirilib.

Anspress-in məlumatına görə, gecədə bir çox məşhurlar iştirak edib. Bunların arasında Bekhem cütlüyü, Naomi Kempbell, Rihanna, Nikol Şerzinqer, Lyuis Hemilton, Kendall Cenner, Kara Delevin, Anna Vintur, Emma Uotson və bir çox başqaları olub.

Mükafatların verilməsindən sonra ulduzlar "Hotel Café Royal" mehmanxanasının "Oscar Wilde Bar"-da şənlənməyə gediblər.

Qonaqlar arasında öz cazibədarlığı ilə Rihanna seçilib. Rihanna gecəyə öz açıq donu və çox ehtiraslı rəqslərilə damğa vurub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.