HTC-dən 2 kartlı, ucuz smartfon

2 Dekabr 2014 21:14
HTC şirkəti Desire 620 smartfonunu nümayiş etdirib. LTE şəbəkəsini dəstəkləyən və dəstəkləməyən (620G) iki model əlçatan olacaq. LTE modemli aparat 1,2 QHs takt tezlikli 64 bit dördnüvəli Snapdragon 410 çipi, 620G modeli isə 1,3 QHs takt tezlikli səkkiznüvəli MediaTek MT6592 prosessoru ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni aparatların başqa xarakteristikaları eynidir. Hər iki qurğu HD təsvir ölçülü 5 düymlük ekran, 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşa (microSD slotu var) malikdir. Akkumulyatorun tutumu 2100 milliamper/saat təşkil edir, Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.

HTC Desire 620 aparatının satışları dekabrın 1-nə planlaşdırılıb, böyük model 225, kiçik model isə 160 dollara satılacaq. Tayvan şirkətinin qurğuların tədarük coğrafiyasını genişləndirmək niyyəti bilinmir.

Milli.Az