2014-cü ilin noyabrına olan məlumata görə, internetə daxil olan fərdi kompüter sahiblərinin 25,5%-nin aktivliyi IE 11 brauzerinin bazar payına düşür. Populyarlığına görə ikinci yerdə Microsoftun Internet Explorer 8.0 brauzeridir, sonuncunun bazaar payı 15,1% təşkil edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, masaüstü və noutbuk istifadəçiləri tərəfindən generasiya olunan internet trafikinin 11.3%-nə sahiblənən Chrome 38 brauzer bazarında üçüncü yerdə qərarlaşıb.
Firefox 33 və ya Safari 8.0 kimi brauzerlər çox geridədirlər, bu proqramların bazar payı müvafiq olaraq 4,4% və 1,9% təşkil edir.
Milli.Az