Şəriətdə müzaf su deyərkən nə nəzərdə tutulur?

2 Dekabr 2014 21:37
Şəriət baxımından sular bir neçə hissəyə bölünür. Məsələn, kür suyu, az su, axar su, saf su, müzaf su. Müzaf su saf suyun əksidir. Saf su hər cür qarışıqdan - həm pak, həm də murdar qarışıqdan - uzaq olan sudur.

Milli.Az islam.az-a istinadən bildirir ki, vüzaf su isə hər hansı başqa maddə ilə qarışmış sudur. Suyun müzaf olmasını ya vizual şəkildə (rənginin və ya qatılığının dəyişməsi ilə), ya da iyindən və dadından bilmək olar. Saf suyun əksinə olaraq, müzaf su şəriət baxımından paklayıcı sayılmır.

Milli.Az