Dell şirkəti Azərbaycanda Intel platforması üzərində işləyən yeni nəsil Dell PowerEdge 13G serverlərinin və şirkətin yeni xidmətlərinin təqdimatını keçirib

2 Dekabr 2014 10:15
Dell şirkəti ən yeni Intel® Xeon® E5-2600 v3 prosessorların əsasında işləyən effektiv və yüksək dərəcədə texnoloji PowerEdge serverlərinin 13-cü nəslinin, habelə yeni Dell xidmətlərinin təqdimatını keçirib. Bununla da həmin məhsulların və xidmətlərin Azərbaycan bazarında satışlarına start verildi.
 

Təqdim olunan rəf tipli PowerEdge R730xd, R730 və R630, "bleyd" tipli PowerEdge M6301, habelə tauer tipliPowerEdge T630 markalı yeni server modelləri tətbiqlərin sürətləndirilmiş rejimdə işləməsini, idarəetmədə genişləndirilmiş imkanları, habelə hər cür mürəkkəbliyə sahib mühitlərdə istənilən ölçüdə iş yüklənmələrinin verilməsini təmin edir. Məhsullar və həllər üzrə servis xidmətləri istər korporativ səviyyəli müştərilərə, istərsə də fərdi istehlakçılara bundan sonra səlahiyyətli tərəfdaşlar tərəfindən qlobal sxem üzrə göstəriləcək.
 

Təqdimatı Dell şirkətinin Ukrayna üzrə nümayəndəliyin başçısı Yevgeni Moiseyenko açdı. Öz çıxışında o, Dell şirkətinin Azərbaycanla bağlı planları, prioritetləri və perspektivləri haqqında, habelə korporativ məhsullar istiqamətindəki strategiyasından bəhs etdi. İntel-in server komponentlərinin MDB ölkələrində satışı üzrə mütəxəssis Aleksey Sleptsov isə öz təqdimatında Dell məhsullarının məhsuldarlığının əsasını təşkil edən İntel platformasının yaratdığı yeni imkanlar barədə geniş şərh verdi. Öz növbəsində Dell şirkətinin sistem məsləhətçisi İrina Bernatskaya öz təqdimatında dinləyiciləri yeni nəsil PowerEdge serverlərinin texniki xüsusiyyətləri ilə yaxından tanış etdi. Dell şirkətinin Azərbaycanda hansı servis xidmətlərini göstərəcəyi barədə Mərkəzi və Şərqi Avropa, Polşa və Rusiyada Dell servis satışları üzrə direktor Yanuş Haydul məlumat verdi.
 
Yevgeni Moiseyenko Azərbaycanda əldə edilən uğurlu nəticələr barədə və şirkətin yaxın gələcək üçün planları haqqında danışdı: "Bizim müştərilərimiz hələ bir neçə il əvvəl mövcud olmayan problemlərin həll edilməsini indi güclə çatdırırlar. Texnologiyaların inkişaf və yayılma sürəti həddindən artıq yüksəkdir. Məhz buna görə Dell bazara Intel platformalı yeni PowerEdge serverlərini təqdim etdi. Tətbiqlərin işə salınması üçün yüksək məhsuldarlığa sahib olmaqla yanaşı, bu serverlər həm istənilən mühitdə mürəkkəb tapşırıqları yerinə yetirməyə qadirdir, həm də istifadədə asandır. Bundan sonra bizim müştərilərimiz ənənəvi və ya təzə İT modellərindən istifadə edib yeni texnologiyaları tətbiq etməyə hazır ola, eləcə də öz məlumat prosesləşdirmə mərkəzlərində yeni tətbiqləri təkmilləşdirə bilərlər!"
 
Aleksey Sleptsov öz çıxışında qeyd etdi ki, "Gördüyünüz kimi, Intel şirkəti müxtəlif iş yüklənmələrini nəzərdə tutan, müasir məlumat prosesləşdirmə mərkəzlərinin (MPM) ehtiyaclarını qarşılamaq üçün hazırlanan Intel® Xeon® E5-2600 və 1600 v3 ailəsini təqdim etdikdən qısa müddət sonra həmin məhsullar Dell şirkətinin innovativ həllərində öz əksini tapdı. Yeni məhsullarda bir sıra təkmilləşmələr mövcuddur ki, bu da prosessorların keçən nəsli ilə müqayisədə təqribən 3 qata qədər daha yüksək məhsuldarlıq, yüksək göstəricilərə malik enerji effektivliyi və etibarlı təhlükəsizlik təmin edir. Proqramla müəyyənləşdirilən infrastrukturlara olan tələbatı qarşılamaq üçün prosessorlar optimal məhsuldarlıq, stabil işləmə və yaxşı ümumi sahibolma dəyərinə malik servisin göstərilməsini təmin edən əsas göstəriciləri telemetriya üsulu ilə müəyyənləşdirir. Yeni prosessorlar həmçinin əməliyyat yüklənmələrinin geniş spektrinin prosesləşdirilməsi məqsədi ilə əməliyyat stansiyalarında, saxlama sistemlərində və şəbəkə infrastrukturlarında istifadə olacaq. Bura məlumatların təhlili, yüksək məhsuldarlığa malik kompüter hesablamaları, telekommunikasiya və bulud servisləri, habelə "əşyaların İnterneti" üzrə məlumatların prosesləşdirilməsi də daxildir.
Intel Xeon E5-2600 v3 ailəsi hər prosessor qoşması üçün 18-ə qədər nüvə, habelə 45 Meqabaytadək son nəsil "keş"-yaddaş təmin edir. Onlardakı nüvə sayı və "keş" həcmi keçən nəsildən olan prosessorlarla müqayisədə ikiqat artıqdır. Bununla yanaşı, Intel® Advanced Vector Extensions (Intel AVX2) 4-dəki genişlənmələr toplusu tamsaylı hesablamaların əmrvermə genişliyini 2 qat (hər takt başı 256 bitədək), məhsuldarlığı isə 1,9 qat artırır.
Intel Xeon E5-2600 v3 eləcə də virtuallaşdırmanın sıxlığını artırır və prosessorların keçən nəsli ilə müqayisədə hər server başı 70% daha çox virtual maşın dəstəkləyir ki, bu da öz növbəsində MPM-nin məsrəflərini azaldır. Yaddaş resursları qeyri-kafi həcmli yüklənmələr prosessorların keçən nəsli ilə müqayisədə 1,4 dəfəyə qədər daha yüksək məhsuldarlıq, habelə DDR4 yaddaş dəstəyini əldə edəcək. Şifrələmə sürətini artırmaq üçün Intel Advanced Encryption Standard New Instructions (Intel® AES-NI) əmrlər toplusu da tətbiqlərin yüksək əməliyyat sürətini qorumaqla iki qata qədər çoxaldılıb.
İrina Bernatskaya öz təqdimatında yeni nəsil PowerEdge serverlərinin texniki xüsusiyyətləri haqqında danışdı.
 
Yeni nəsil Dell PowerEdge 13 serverləri ən yeni Intel® Xeon® E5-2600 v3 prosessorların əsasında yaradılmışdır. Bu serverlər məlumatların prosessora daha yaxın yerləşdirilməsinin hesabına tətbiqlərin sürətini artıran müasir məlumat saxlama texnologiyaları ilə təchiz olunmuşdur (Dell Fluid Cache for SAN и SanDisk DAS Cache). Hesablama mərkəzinin içindəki yaruslu yerləşdirmə imkanına sahib hibrid konfiqurasiyalar isə proqramla koniqurasiya olunan saxlançları dəstəkləməyə, habelə məlumatların saxlanmasını optimallaşdırıb xərcləri azaltmağa imkan yaradır.
 
Son PowerEdge modellərindəki təkmilləşdirilmiş idarəetmə funksiyaları daha yüksək səviyyədə avtomatlaşmanı təmin etməklə yanaşı, eləcə də administratorlara məlumat prosesləşdirmə mərkəzinin işinə nəzarət edərək meydana gələn səhvləri istənilən mobil qurğu vasitəsilə dünyanın istənilən nöqtəsindən aradan qaldırmağa imkan verir. OpenManage sistem idarəetmə məhsulları aşağıdakıları təmin edir:
Yanuş Haydulun məruzəsi Dell servisinin dünya miqyasındakı üstünlüklərinə, eləcə də bu yaxınlarda Azərbaycan sifarişçilərinə və istehlakçılarına da göstərilməyə başlayan servis xıdmətlərinin xüsusityətlərinə ətraflı toxunub: "Artıq baza zəmanəti ilə ProSupport zəmanəti qlobal Dell standartlarına uyğun şəkildə reallaşdırılır. Bu, müştərilər üçün geniş imkanlar yaradır. Dell şirkəti servis üzrə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Xüsusilə kritik məsələlərin həllini nəzərə alan şirkət reaktiv üsuldan proaktiv sxemə keçid alaraq müştərilərin müxtəlif tələb və gözləntilərini qarşılamaq üçün səy verir. Bu gün Azərbaycanda tətbiq etdiyimiz üstünlüklər sifarişçinin bütün infrastrukturunu əhatə edən vahid "çətir" formalı dəstəkdən, miqyaslamanın qlobal infrastruktur səviyyəsinə çatdırılmasından, habelə servisin Dell xidmətlərinin tamdəyərli portfeli səviyyəsinə qədər genişlənmə imkanından ibarətdir".
 
Noutbuklar üçün artıq NBD xidməti əlçatan oldu. Həmin xidmət dəstək qrupunun bir sutka ərzində reaksiya verməsindən, kompüter sahibinin olduğu yerə sertifikatlı mütəxəssisin ezam olunmasından, internet üzərindən sutkaboyu hərtərəfli dəstəkdən və telefon vasitəsilə texniki dəstəkdən ibarətdir.
 
Korporativ sifarişçilərə Dell şirkəti ProSupport servisini təklif edir. Dell ProSupport xidmətləri təkcə müxtəlif təchizatçılardan əldə olunan avadanlıqlar mühitində xərclərə qənaət etməklə səmərəliliyi artırmaqdan deyil, eləcə də gün ərzində onsuz da bir çox administrativ məsələləri həll etməklə məşğul olan resurslara yüklənmələrin həcmini azaltmaqdan ibarətdir. Dell ProSupport müştərilərin tələblərini qaşılamağa, onların daha mühüm işlərə yönlənmələrinə şərait yaratmaq üçün vaxtlarına qənaət etməyə kömək edir. Dell ProSupport xidmətləri aşağıdakılardan ibarətdir:
Dell ProSupport Plus paketi mürəkkəb mühitlərdə işləyən məlumat prosesləşdirmə mərkəzlərinin tələb etdiyi texnoloji dəyişikliklərə cavab verir. Paketin içində ekspert tərəfindən verilən dəstək, mürəkkəb texnologiyalara keçid üçün korporativ avadanlığı idarəetmə təcrübələri və texnologiyalar cəmləşdirilib. Korporativ səviyyədə verilən bu dəstək kritik önəm daşıyan mühüm sistemlərin məhsuldarlığını və stabilliyini aktiv şəkildə yaxşılaşdırır. Beləliklə, sifarişçi öz diqqətini strateji əhəmiyyətə malik məsələlərə ayıra bilir.
 
Dell ProSupport Plus paketini seçən sifarişçilər aşağıdakıları əldə etmiş olacaqlar:
Xidmətlər ingilis, rus və türk dillərində olmaqla aşağıdakı nömrələrdən əldə olunur:
Əlçatanlıq

Intel platformasında 13-cü nəsil Dell PowerEdge serverlərin Azərbaycandan sifarişi tərəfdaşlarımıza müraciət etməklə 2014-cü ilin noyabr ayından etibarən mümkündür. Dell serverləri Azərbaycanda cari 2014-cü ilin sonundan etibarən mövcud olacaq.
 
13-cü nəsil Dell PowerEdge serverlərinin yüksək çözümlü fotoşəkilləri:
Sosial şəbəkələrdə Dell:
http://www.facebook.com/Dell.CIS
 
Dell şirkəti haqqında

Dell şirkəti sifarişçilərin tələblərini nəzərə alaraq innovativ texnologiyalar və xidmətlər təqdim etməklə daha çox iş görmək üçün yeni imkanlar yaradır (The Power To Do More). Daha ətraflı məlumat www.dell.com səhifəsində mövcuddur.
 
Intel korporasiyası haqqında

İnnovativ yarımnaqil komponentlərin dünya miqyaslı istehsalçısı olan Intel korporasiyası insanların həyat keyfiyyətinin yüksəldilməsini, onların fəaliyyət üsullarının mütəmadi təkmilləşdirilməsini hədəfləyən texnologiyalar, məhsullar və təşəbbüslər yaradır. Intel Korporasiyası haqqında əlavə məlumatı www.intel.com saytında, habelə şirkətin rusdilli veb-serverində (http://www.intel.ru) və http://blogs.intel.com/ saytında əldə etmək olar.