Erməni əsgərin başından vurdular
1 Dekabr 2014 20:50
Əsgərin meyiti silah-sursat anbarının yaxınlığında tapılıb
Ermənistan ordusu daha bir əsgərini itirib.
Anspress
-in məlumatına görə, Tavuş rayonunda hərbi hissələrdən birində silah-sursat anbarının yaxınlığında əsgərlərdən birinin meyiti tapılıb.
Meyitə baxış zamanı məlum olub ki, əsgərə başının arxa hissəsindən atəş açılıb. İlkin ehtimala görə, onu əsgər yoldaşı qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.
Milli.Az