Qadınların gözəlləşmək üçün bəzən özlərini qurban vermələri, müəyyən yollara baş vurması yeni deyil. XV əsrdə yaşamış Fransa kralı II Henrinin sevgilisi Diana de Puatıenin cavanlaşmaq üçün qızıl tozunu içməsi, Misirdə qadınların süd vannası qəbul etməsi kimi çox misallar göstərə bilərik. Müasir dövrdə texnologiyanın inkişafı ilə bağlı olaraq cavanlaşma yöntəmləri də dəyişib. İndi qadınların, eləcə də kişilərin gözəlləşmək üçün seçdikləri ən sadə və rahat üsul plastik və estetik əməliyyatdır. Heç bir əziyyət çəkmədən bədəninin istənilən yerini yeniləmək, dəyişdirmək, arıqlayıb, kökəlmək bu əməliyyatlar vasitəsilə çox asandır. Son zamanlar xüsusilə də gənclər arasında populyarlaşan plastik və estetik əməliyyatlar artıq dəb halını alıb. Bəs görəsən bu əməliyyatlar nə dərəcədə xeyirlidir? Fəsadları nələr ola bilər? Bu suallarla bağlı Xətai Estetik Klinikasının plastik rekonstruktiv cərrahı, uzman həkim Sami Saminlə söhbətləşdik.Plastik cərrah Sami Samin: "Əməliyyatı ucuz edir deyə, hər həkimə güvənməyin"