Qanadlı "canlı bomba" vuruldu - VİDEO - FOTO

1 Dekabr 2014 10:47

Əfqanıstandakı "Taliban" hərəkatı ölkədəki hakimiyyətə və xüsusilə də silahlı qüvvələrə qarşı terror partlayışlarının yeni taktikasına keçib.
 

Əfqan polisi dünən üzərinə bomba bərkidilmiş quşu güllə ilə vurub.
 

"Canlı bomba" halına gətirilmiş quşun vücuduna GPS treker və mobil telefonlu detonator bərkidilmişdi.

Quş Əfqanıstanın şimalında, Türkmənistanla sərhədin yaxınlığındakı Fəryab vilayətində vurulub.
 

Quş NATO-nun Əfqanıstandakı kontingentinin hərbi hissələrindən birinin üzərində uçarkən aşağı enməli və bu zaman partladıcı qurğu işə salınmalı idi.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, NATO kontingenti Əfqanıstanı tərk etməyə hazırlaşır. "Taliban"ın hücumlarının və aktivliyinin artdığı şəraitdə əfqan hərbçilərlə polislərin dediklərinə görə, terrorçuların qarşısını almaq üçün onların daha çox silaha, hərbi texnikaya və canlı qüvvəyə ehtiyacı var.
 

General-mayor Əbdül Nəbi İlham NBC News-a verdiyi açıqlamasında bildirib ki, "canlı bomba"ya çevrilmiş quşlar "Taliban"ın yeni taktikasıdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

фото