Almanlar uçmurlar
30 Noyabr 2014 16:26
Vereinigung Cockpit həmkarlar ittifaqı Lufthansa aviaşirkətinin pilotlarının bazar ertəsi və çərşənbə axşamı tətil edəcəklərini bildirirb.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, tətil yerli vaxtla dekabrın 1-i, saat 12:00-da başlayacaq və dekabrın 2-si 23:59-da bitəcək.
Nə Almaniya daxilində, nə də beynəlxalq uçuşlar gerçəkləşdiriləcək.
Bu azmış kimi, dekabrın 2-si, saat 3:00-dan dekabrın 3-ü 23:59-a qədər Lufthansa Cargo-nun pilotları da tətil edəcəklər.
Tətilin səbəbi pilotların maaş məsələsində rəhbərliklə razılığa gəlməməsidir.
Lufthansa pilotların tətili nəticəsində bu il 170 milyon itirib.
"Vereinigung Cockpit həmkarkar ittifaqı sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyir, Lufthansa menecerlərini isə blokada mövqelərindən geri çəkilərək tarif münaqişəsini həll etməyə çağırır", - ittifaqın yaydığı bəyanatda deyilir.
Milli.Az