Müxalifət partiyasının lideri qəzaya düşdü - FOTO

28 Noyabr 2014 19:04

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Tunceli səfərindən qayıdarkən, onun maşın karvanında qəza baş verib.
  

Milli.Az bildirir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtomobillərdən biri yola çıxmış iti vurmamaq üçün dərhal əyləcə basıb, onun arxasınca gələn avtomobillər də nəzarəti itirərək bu avtomobillə toqquşub.
  

Xəsarət alan 5 avtomobildən 3-ü istifadəsiz hala düşsə də, yüngül zədələr almış MHP heyətinin üzvləri xəstəxanaya getmədən öz yollarına davam ediblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 


.