Domenlərin 60 faizi oğurlanıb

28 Noyabr 2014 20:15
2014-cü ilin birinci rübündə Çində .COM zonasında domen adlarının 60 faizi oğurlanıb ki, bunun da 49 faizi xarici İP ünvanlardan idarə olunub.

Bu barədə Milli Kompüter Mərkəzinin/Çin Koordinasiya Mərkəzinin (CNCERT və ya CNCERT/CC) kompüter insidentlərinə qarşı texniki qrupun rəhbəri Huanq Çenqsin məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çində oğurlanmış domenlərə nəzarət edən xarici İP ünvanların sayına görə liderlər üçlüyündə Honkonq, Cənubi Koreya və Çin yer alıb, - Info.nic yazır.

Wi-Fi operator avadanlığı bazarının həcmi təxminən 10% yüksəlib

Wi-Fi simsiz şəbəkələrinin quraşdırılması üçün nəzərdə tutulmuş operator avadanlığı bazarının həcmi təxminən 10% yüksəlib. Infonetics Research tədqiqat şirkətindən bildirilib ki, bu məhsula tələbatın əsas səbəblərindən biri 802.11ac texnologiyasıdır.

ICTnews elektron xəbər xidməti dailycomm.ru saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə rabitə operatorları 527 milyon dollar məbləğində Wi-Fi giriş nöqtəsi və onlar üçün kontrollerlər satın alıblar ki, bu da ötən illə müqayisədə 9% yüksəkdir. 2014-cü ilin birinci yarısına görə Cisco, Huawei və Ruckus Wireless şirkətləri bu məhsulların ən böyük istehsalçılarıdır.

Son iki ildə mobil və stasionar rabitə xidmətləri operatorlarının öz xidmətlərini genişləndirməsi və yaxşılaşdırması fonunda Wi-Fi operator avadanlığı bazarında dinamik artım müşahidə olunub -Infonetics Researchin əməkdaşı Riçard Uebb deyib.

Milli.Az