Jaguar "qaynar" F-Type-ı sınayır - FOTO

30 Noyabr 2014 23:23
Jaguar şirkəti F-Type rodsterin "qaynar" SVR versiyasının sınaqlarına başlayıb. 2016-cı ildə debüt edəcək yeni modelin hazırlıqları ilə Jaguar Land Rover zavod tüninq emalatxanası - Special Vehicles Operation məşğuldur. İlk sınaq prototipinin şəkillərini Car dərgisi dərc edib.

Milli.Az 4cahrx.com-a istinadən bildirir ki, sınaq prototipi rodsterin adi versiyasından iri arxa antiqanad, diffuzor və kuzovun dəyişdirilmiş ön hissəsi ilə fərqlənir. Maşın həmçinin 20 düymlük təkər disklərinə və karbon-keramik əyləclərə də sahibdir. Bəzi elementlər cəmi 250 nüsxə buraxılmış F-Type Project 7 sportkarından götürülüb.

Yeni modelin güc və dinamik göstəriciləri hələlik açıqlanmır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.