Subaru Forester tS təqdim olundu - FOTO

29 Noyabr 2014 20:15
Subaru Yaponiyada sonuncu nəsil Forester tS yolsuzluq avtomobilinin idman versiyasını təqdim edib. Krossover yeni asma, qara və qırmızı aksentli göy Galaxy Blue Pearl rəngli kuzov, STi və tS loqotipləri, Brembo əyləcləri quraşdırılmış 19 düymlük BBS təkər diskləri, 15 mm endirilmiş asqı ilə təchiz edilib. Salonda dəri çəkilmiş sükan çarxı, 260 m/saat göstəricisi olan spidiometr gözə dəyir. Salon qırmızı tikişli dəri və zamş ilə işlənib.

Milli.Az 4cahrx.com-a istinadən bildirir ki, Subaru Forester tS hazırda Yaponiyada mövcud olan ən güclü 2,0 litrlik Boxer turbo aqreqatı ilə təchiz edilib. O 280 a.g. və 350 Nm fırlanma anı hasil edir. Bu maşından cəmi 300 nüsxə buraxılacaq. Sifarişlər gələn ilin aprelin 5-dək qəbul ediləcək. Qiymət 4 350 000 yendən başlanacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.