Milli.Az 4cahrx.com-a istinadən bildirir ki, əvvəllər X100 indeksi ilə tanınan yeni model son üç ildə işlənərək hazırlanıb. Onun adı isə Romadan təxminən 30 km uzaqlıqda yerləşən Tivoli şəhərinin adından götürülüb.
Şirkətdə bu model "seqmentdə ən keyfiyyətli interyeri olan dinamik şəhər yolsuzluq avtomobili" kimi təsvir edilir. SsangYong ildə 100 min nüsxə Tivoli satmağı planlaşdırır. Model Cənubi Koreya bazarına 2015-ci ilin yanvarında çıxarılacaq.
Milli.Az