Mercedes-dən ən kiçik universal - FOTOSESSİYA

29 Noyabr 2014 23:20
Mercedes-Benz şirkəti özünün ən kiçik universalını - CLA Shooting Brake modelini təqdim edib. A-Class şassisində hazırlanmış yeni avtomobil Avropa bazarında gələn ilin yanvarında təklif ediləcək. İlk alıcılar avtomobillərini martda alacaqlar.

Milli.Az 4cahrx.com-a istinadən bildirir ki, ilk dəfə olaraq CLA modeli üçün xüsusi OrangeArt Edition modifikasiyası təklif ediləcək. Bu modifikasiya təkər disklərində, ön və arxa bamperdə narıncı elementlərlə seçiləcək. Salonun dəri elementləri üzərində tikişlər də bu rəngdə olacaq.

Başlanğıcda universal 136 a.g. (300 Nm) və 177 a.g. (350 Nm) hasil edən iki dizel (200 və 220 CDI) və müvafiq olaraq 122, 156 və 211 a.g. olan üç benzin (CLA 180, 200 və 250) mühərriki ilə təklif ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.