Formula-1 bolidi uçan Renault-un altından keçdi - VİDEO

29 Noyabr 2014 22:22
Lotus F1 Team yarış komandası EMC şirkəti ilə birgə yaddaqalan trük həyata keçirməyə nail olub. Renault yedəkli yük maşını tramplindən istifadə edərək 25 m məsafəyə tullanıb və onun uçuşu zamanı kaskader sürdüyü Formula-1 bolidini ağır tonlu yük avtomobilinin altından digər tərəfə keçirə bilib.

Milli.Az 4cahrx.com-a istinadən bildirir ki, yük maşının idarə etməyi amerikalı kaskadyor Mayk Rayana etibar ediblər. O vaxtilə "Terminator-2" filmində müxtəlif trükləri yerinə yetirmişdi. Formula-1 bolidinin sükanı arxasında olan rusiyalı Martin İvanov isə Ceyms Bond və Ceyson Born haqqında filmlərdə "təhlükəli" səhnələrin çəkilişlərində iştirak edib.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото