Milli.Az ICTnews-a istinadən bildirir ki, indi Apple qurğularından istifadə edənlər Yahoo!, Yandeks və ya Bing axtarış sistemini standart kimi quraşdıra bilərlər, ancaq üstünlük Googlea verilir. Bu halda qeyd edək ki, 2012-ci ildən Apple İT bazarında əsas rəqibi ilə əməkdaşlıqdan tədricən imtina edir. Belə ki, şirkət smartfon və planşetlərinə Google Maps və YouTube müştərisini qabaqcadan quraşdırmaqdan imtina edib.
Apple və Google şirkətləri arasında standart axtarış sistemi ilə bağlı imzalanmış müqavilənin müddəti 2015-ci ildə bitəcək. KİV-in məlumatına əsasən, artıq Microsoft və Yahoo! əməkdaşlıq təklifi ilə Applea müraciət edib. Qeyd edək ki, Google Safari brauzerində standart axtarış sistemi olmaq hüququna görə ildə təxminən 1 milyard dollar ödəyir. Bu halda Siri səs köməkçisi əsas axtarış sistemi kimi Bingdən (Microsoft) istifadə edir.
Milli.Az