Milli.Az ICTnews-a istinadən bildirir ki, bu siyahı yeni icad edilmiş texnoloji cihazların qiymətləndirilməsi nöqteyi-nəzərindən maraqlı olub.
Reytinq cədvəlində Apple Watch, təhlükəsiz Blackphone, həmçinin selfi üçün ştativ və Microsoft Surface Pro 3 planşeti ən üst sıralarda qərarlaşıb.
Apple Watch
Cari ilin sentyabrında təqdim edilmiş, amma hələ satışa çıxarılmayan ağıllı saat Top-25-likdə altıncı və cihazlar arasında birinci pillədə qərarlaşıb. Nəşrin səhifəsində bu cihazın təsvirində yazılıb ki, Apple Watch yalnız ağıllı saat deyil, həm də kiçik portativ kompüterdir.
Bu saat özündə sensor ekranı və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, göstərişlər verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər - nüfuzlu nəşrin jurnalistləri əmin ediblər və bildiriblər ki, Apple Watchın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.
Blackphone
İspaniyanın Geeksphone startapı və Silent Circle şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış Blackphone dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu həmçinin istənilən GSM daşıyıcı ilə işləyir.
Microsoft Surface Pro 3
Bu planşet noutbukları əvəz etmək üçün yaradılıb. Surface Pro 3 - Microsoftun istehsalı olan ən nazik və yüngül planşetdir. Eyni zamanda, tamölçülü noutbuk kimi eyni gücə malikdir.
Planşet nəfis dizayna, dördüncü nəsil Intel Core i3 prosessoruna , 4 QB əməli yaddaşa, 64 QB tutumunda sərt diskə və daxili MicroSD rartriderinə malikdir. Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir.
The Selfie Stick
Selfi üçün ştativ - bu, fotoportretlərin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Elə bu səbəbdən də, ilin texnoloji cihazı koteqoriyasına daxil edilib.
Milli.Az