Milli.Az ICTnews-a istinadən bildirir ki, Intel şirkətinin PC Client Group bölməsinin direktoru və baş vitse-prezidenti Kirk Skauqen deyib ki, cari ilin sonunadək McAfeenin biometrik autntifikasiya sistemindən istifadəyə əsaslanan proqram həllinin buraxılışı planlaşdırılır.
Biometrik məlumatlar ilk növbədə sizi Windows sisteminə daxilolma zamanı parol daxil etmək ehtiyacından xilas edəcək və nəticədə bu imkan bütün veb saytlarda tətbiq ediləcək - Kirk Skauqen deyib.
Hazırlanan məhsul haqda hələ ki daha ətraflı informasiya yoxdur. Amma, onsuz da, parol müdafiəsi məlumatların təhlükəsizliyinin təmini üçün ən rahat və effektiv üsul deyil. Məhz biometrik autentifikasiya sistemi fərdi kompüter və planşetlərdən istifadə zamanı əsas narahatlıqlardan birinin aradan qaldırılmasında kömək edə bilər.
Milli.Az