Yenilənmiş "Mazda6"-nı dəyişilmiş radiator barmaqlığından, fərqli diodlu arxa fənərlərdən, bir neçə yeni ban rənglərindən tanımaq olacaq. Bundan əlavə, indi sedanın damı üzərində üzgəc şəklində hazırlanmış antenna quraşdırılacaq.
Milli.Az auto.az-a istinadən bildirir ki, sedanın interyerində daha çox dəyişiklik edilib. Məsələn, multimedia sisteminin monitoru artıq mərkəzi konsolda deyil, "Mazda3"-də olduğu kimi fərdi quraşdırılır.
Bundan əlavə, sükan, cihazlar paneli, klimat nəzarəti idarəetmə bloku bir qədər dəyişilib, əl ilə əyləc əvəzinə isə mərkəzi tonneldə elektrik "əl əyləci" peyda olub. Artıq arxa oturacaqlar da qızdırılır.
Mühərriklər qammasında dəyişiklik edilməyib - o, əvvəlki kimi "SkyActiv" ailəsinə məxsus 2 və 2,5-litr həcmli benzin və 2,2-litrlik dizel mühərriklərdir.
Lakin bəzi məlumatlara görə, avropalılar dizel sedanını tam ötürücü sistem ilə də əldə edə bilərlər.
Milli.Az