Acura sedanı yeniləndi - FOTO

26 Noyabr 2014 18:33
"Audi" şirkəti restaylinq olunmuş sedan "ILX"-i təqdim etdi. Yenilik Los-Ancelesdəki motor-şouda debüt edib və gələn ildən satışa çıxarılacaq. Yenilik fərqli bamper, dəyişilmiş radiator barmaqlığı, diodlu "Jewel Eye" fənərləri, yeni arxa fənərlər və 17-düymlük təkər diskləri alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, sedanın xüsusi variantını - "SPEC"-i də əldə etmək mümkün olacaq. Bu variantda yenilik duman əleyhinə fənərlər, idman yan ətəkləri, spoylerlər və 18-düymlük yüngüllehimli disklərlə təchiz ediləcək. 

Sedanın kapotu altında 2,4-litrlik benzin mühərrik quraşdırılır. Mühərrik 201 a.g. və 243 Nm fırlanma anı verir və o, ikiqat muftası olan yeni 8-pilləli sürət qutusu ilə birgə işləyir. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.