Facebook kölgədə qalacaq?

26 Noyabr 2014 15:24
Yahoo şirkətinə məxsus Tumblr sosial şəbəkəsi ən sürətlə inkişaf edən sosial şəbəkə olub. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Tumblr-ın aktiv istifadəçi sayı son 6 ay ərzində 120% artıb.

Yeni qeydiyyatdan keçən istifadəçilərinin sayına görə, lider Pinterest-dir. Son 6 ayda sosial şəbəkənin istifadəçilərinin sayı 57%, aktiv istifadəçilərin sayı isə 111 % artıb.

İnstagram, Linkedin, Twitter, YouTube və hətta Google Plus dünyanın ən populyar şəbəkəsi olan Facebook-u istifadəçi artımına görə geridə qoyub. Son 6 ay ərzində Facebook-un istifadəçilərinin sayı 6%, aktiv istifadəçilərinin sayı isə 2% olub.

Ən populyar mobil tətbiq isə "Snapchat" olub.

Məlumatları Global Web Index şirkəti yayıb.

Milli.Az