Dünyaca məşhur "Yura dövrünün parkı" (Jurassic Park) filmi yenidən ekranlara qayıdır.
Əfsanəvi kinorejissor, amerikalı Stiven Spilberqin çəkdiyi ilk "Yura dövrünün parkı" kinematoqrafın ən populyar əsərlərindən birinə çevrilmişdi.
22 illik fasilədən sonra dinozavrların yaşadığı ada yenidən ekranlarda "Jurassic World" adı ilə yer alacaq.
Milli.Az bildirir ki, yeni "Yura dövrünün parkı"nda ilk baxışdan hər şey normaldır. İnsanlar adada dinozavrlarla birlikdə yaşayırlar, tematik parka minlərlə insan axışır, nəhəng monstrları isə uşaqların gözü qabağında hovuzda köpəkbalıqları ilə yemləyirlər.
Amma alimlər dinozavrların yeni hibridini aldıqlarını bəyan edəndə hər şey dəyişir.
Əfsanəvi kinosaqanın 4-cü filminin rejissoru Kolin Trevorrou, prodüseri isə Stiven Spilberqdir.
Baş rollarda Ceymson Holms, Kris Prett və Brayan Dallas Hovardın çəkildikləri "Jurassic World" filminin premyerası 2015-ci il iyunun 12-də olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.