Cooliris satıldı

26 Noyabr 2014 05:17
Yahoo! internet şirkəti satınalmalar hesabına internet bazarında öz mövqeyini möhkəmləndirməyə davam edir. ABŞ şirkəti mobil proqram təminatının hazırlanması ilə məşğul olan Cooliris firmasını satın alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Cooliris firmasının əsas məhsulu BeamIt proqramıdır: smartfon və planşet sahibləri fotoşəkillərini təhlükəsiz paylaşa bilərlər. Bu xidmətin imkanları Yahoo! şirkətinə məxsus Flickr fotohostinqinə inteqrasiya ediləcək.

Yeni sazişin dəyəri açıqlanmayıb. Cooliris şirkətində 17 insan işləyir.

Yahoo! şirkəti Marissa Mayerin rəhbərliyi altında təxminən 20 satınalma edib.

Milli.Az