Foxconn yeni zavod tikəcək

25 Noyabr 2014 21:37
Apple və başqa İT şirkətləri üçün elektronikanın quraşdırılması ilə məşğul olan Foxconn Technology Group Tayvanda ekran istehsalı zavodunun tikintisinə təxminən 2,6 milyard dollar sərmayə yatırmağa hazırlaşır. Layihə iki il ərzində reallaşdırılmalıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Innoluxun (Foxconnun törəmə şirkəti) nümayəndəsi Sofiya Çen Bloomberg agentliyinə deyib ki, fabrikdə yalnız bir müştəri üçün ekran buraxılacaq. Müştərinin adı açıqlanmayıb. Şirkət artıq dekabrda avadanlığın tədarükünü gözləyir, 2015-ci ilin sonunadək isə maye kristal panellərin kütləvi istehsalına başlamaq planlaşdırılır. 

Çen bildirib ki, zavod Tayvanın cənub hissəsində tikiləcək. Innolux 2300 işçi işə götürəcək.

Təxminlərə görə, adı gizli saxlanılan müştəri Apple şirkətidir.

Milli.Az