Ekvador prezidenti hakerlərdən "dad" dedi

25 Noyabr 2014 22:22
Ekvador prezidenti Rafael Korrea ABŞ ərazisindən onun internet hesablarına müdaxilə cəhdləri haqda məlumat verib. Bu haqda dövlət başçısı noyabrın 22-də Twitter hesabında yazıb.

"Mənim hesablarıma kiberhücum edilib. Bunun üçün onlar kompüterlərə müdaxilə ediblər" - Korrea deyib. Onun sözlərinə görə, kiberhücum ABŞ-da yerləşən serverdən edilib, hakerlərin hədəfi fərdi məlumatları ələ keçirmək olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Korrea əminliklə deyib ki, hakerlər öz məqsədinə nail olmayacaq. Bu, yüksək texnologiya və resursların tətbiqinə əsaslanan sistematik hücumlardır. Onlar keçməyəcək! - Ekvador prezidenti Twitter hesabında yazıb.

Milli.Az