Azərbaycan ilk "Boeing-787 Dreamliner"i alır

25 Noyabr 2014 11:48

"Azərbaycan Hava Yolları" QSC (AZAL) noyabrın 28-də ilk "Boeing-787 Dreamliner" təyyarəsinin Bakıya gətiriləcəyini gözləyir

QSC iki "Boeing-787 Dreamliner" təyyarəsi sifariş edib.

Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, ikinci təyyarənin 2015-ci ilin əvvəlində Bakıya gətiriləcəyi gözlənilir: "İkinci təyyarənin dekabrda gətiriləcəyi istisna edilmir, lakin böyük ehtimalla bu, 2015-ci ilin əvvəlində baş verəcək".

Bundan əvvəl AZAL-dakı digər mənbə bildirmişdi ki, eyni zamanda, aviaşirkət "Boeing-787 Dreamliner" təyyarələrini almaqdan imtina etmək imkanlarını nəzərdən keçirir. Bu, bəzi ölkələrin aviaşirkətləri ilə yaranmış müəyyən problemlərlə əlaqədardır. Lakin AZAL göstərilən modeldən olan təyyarələrin alınması ilə bağlı niyyətini təsdiqlədi.

Hazırda AZAL-ın təyyarə parkı "Boeing 757-200", "Boeing 767-300", "Airbus 319", "Airbus A320", "Airbus A340-500", "Embraer ERJ 170-100LR" və "Embraer ERJ 190-100" avialaynerlərindən ibarətdir.

Milli.Az