Mətbəx sirləri: Qunbao toyuğu - FOTO

25 Noyabr 2014 07:00
Milli.Az povarenok.ru-ya istinadən Çin mətbəxindən Qunbao toyuğunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 ədəd toyuq döşü (500 q)
2 baş soğan
2 diş sarımsaq
1 bolqar bibəri
1 paket Hoy Sin sousu
2 x.q. soya sousu
0,5 ç.q. küncüt yağı
70 q keşyu

klyar:

1 yumurta
20 q kartof nişastası

250 ml bitki yağı (fritür üçün)

Baş soğanı nazik saman kimi doğrayın.



Soyuq suda isladın. İçinə buz parçaları da ata bilərsiniz. Belə olanda soğanın acısı daha yaxşı çıxır.



Toyuq filesini eyni böyüklükdə xırda doğrayın. Bir qədər una batırın.



Klyar: yumurta və nişastanı qarışdırın. Əgər qatı alınsa, azca su qatın (blin xəmiri qatılığında olsun). Hər toyuq tikəsini klyara batırın.



Qızdırılmış yağda toyuq ətini qızılı rəng alanadək qovurun. Lap qırmızı etməyin. 



Kağız salfetin üstünə qoyun ki, yağını çəksin.



Tavada 1 x.q. bitki yağını qızdırın. İri doğranmış sarımsaq və bolqar bibərini qovurun.



Hoy Sin sousunu əlavə edin. Beləsini tapmadınızsa, özünüz hazırlayın: duz, soya sousu, nişasta (qatılıq üçün), şəkər tozu, azca bal, üyüdülmüş keşniş toxumu, qara istiot, limon şirəsi, xırdalanmış sarımsaq və zəncəfil.



Toyuq tikələrini əlavə edin. Keşyuları, soya sousunu (çox qoymayın, çünki Hoy Sinin də tərkibində bu sousdan var), küncüt yağı əlavə edin. Acı sevənlər Çili istiotu da əlavə edə bilərlər. 



Suda islatdığınız soğanı başqa tavada bitki yağında qızılı rəng alanadək qovurun.



Boşqaba soğanı, üzərindən isə toyuğu düzün. Bəzəyib süfrəyə verin.



Nuş olsun!

Milli.Az