"Formula-1" çempionu öpüşlərə qərq olundu - FOTO

24 Noyabr 2014 09:59

Beynəlxalq "Formula-1" avtoçempionatının (Formula One World Championship) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş 19-cu mərhələsində (Abu Dhabi Grand Prix) "Mercedes AMG" komandasının pilotları arasında gözəl mübarizə alınmadı.
 

Komandanın ingiltərəli pilotu Lüis Hemilton karyerasında ikinci çempion titulunu asanlıqla qazandı.
 

Milli.Az bildirir ki, Hemilton yarışa ikinci mövqedə başlasa da, komanda yoldaşı və faktiki olaraq yeganə potensial rəqibi Niko Rosberqi yarışın artıq ilk döngəsində geridə qoyub. Bununla da çempion titulu uğrunda yarış başa çatıb.
 

Lüis Hemilton ilk çempion titulunu "McLaren" komandasının heyətində qazanmışdı.

Əbu-Dabi mərhələsində 2-ci və 3-cü yerləri "Williams"ın pilotları - braziliyalı Felipe Massa və fin Valterri Bottas tutublar.
 

29 yaşlı Lüis Hamilton yarışı başa vurandan az sonra onu sevgilisi, 39 yaşlı müğənni Nikol Şerzinger öpüşlərə qərq edib.

Yarışı "Mergedes AMG"nin boksunda Britaniya şahzadəsi Harri də izləyirdi.
 

Beləcə, Lüis Hemilton "Formula-1"də ikiqat dünya çempionu olmuş 4-cü britaniyalıdır.
 

Ümumiyyətlə isə indiyədək ser Ceki Stüart 3 (1969, 1971, 1973), Cim Klark 2 (1963, 1965) və Qrehem Hill 2 dəfə (1962, 1968) dünya çempionu olublar.

Mayk Houtorn (1958), Con Sartris (1964), Ceyms Hant (1976), Naycel Mensell (1992), Deymon Hill (1996) və Censon Battonnun (2009) isə "Formula-1"də hərəsi bir dəfə çempionluğa yiyələniblər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.