Məşuqələrə görə "Gillette"i itirdi

27 Dekabr 2010 07:51
Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, dünyanın ən məşhur  qolfçusu, amerikalı Tayqer Vuds dünyaca ünlü "Gillette" korporasiyası ilə sponsorluq müqaviləsinin vaxtını uzada bilməyəcək. Düynanın ən varlı idmançısının şirkətlə sponsor anlaşmasının vaxtı dekabrın 31-də başa çatır. "Gillette" yeni anlaşma imzalamaq niyyətində deyil.

Bu isə Vudsun 5 milyon dollarlııq gəlirdən məhrum olması deməkdir.
"Gillette"in mövqeyinin səbəbi Vudsun son vaxtlar zəif çıxış etməsi və onun arvadı ilə boşanması ilə bağlı qalmaqallı xəbərlərdir. Bu ilin əvvəlində bəlli olmuşdu ki, Vudsun bir neçə məşuqəsi var.

Tural
Milli.Az