Erməni "moyşik" maşına görə gənc qızı öldürdü
21 Noyabr 2014 16:44
25 yaşlı Lobni Anna "Opel Astra" maşınına görə qətlə yetirilib. Onun maşınını ələ keçirmək istəyən avtomobil yuyucuları gənc qızı öldürüblər. Qatillərdən biri də də erməni əsilli Mixra Mirzoyan olub. Digər qatili isə polis axtarır.
Milli.Az LifeNews-a istinadən xəbər verir ki, hadisə Rusiyada baş verib. Annanı qətlə yetirənlər avtomobili sataraq pulu aralarında bölmək istəyiblər.
Qatillər travmatik tapança ilə qızın gicgahından vurublar. Bundan sonra qızın cəsədini maşına qoyaraq işlədikləri yuyucu məntəqənin yaxınlığındakı meşə sahəsinə aparıblar.
Milli.Az