Motorola-dan "ağıllı" brelok

21 Noyabr 2014 20:38
Motorola Mobility (indi Çinin Lenovo şirkətinə məxsusdur) şirkəti qeyri-adi cihaz (Keylink) təqdim edib. Qurğu istifadəçiyə öz açarlarını və ya smartfonu tez tapmağa imkan verir. Bu qurğu fikri dağınıq istifadəçilərə vacib əşyaların olduğu yerə nəzarət etməkdə kömək etməlidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Keylink qurğusu iOS və Android platforması ilə işləyən smartfonlarla uyğundur. Bu platformalarda işləyən xüsusi tətbiq yaradılıb. Brelokdakı düyməyə sıxdıqda tətbiqin köməyi ilə telefon səs siqnalı çalır. Əgər tətbiqdəki müvafiq düyməyə sıxsaq, brelokda səs siqnalı aktivləşir.

Qurğular Bluetooth modulu üzrə qoşulur və müvafiq olaraq axtarış uzaqlığı bir neçə metr təşkil edir. Belə sadə brelokun qiyməti 25 dollardır.

Milli.Az