Ən gözlənilən Mazda - FOTO

22 Noyabr 2014 23:44
Bu ilin ən çox gözlənilən krossoverlərindən biri - tamamilə yeni Mazda CX-3 Los-Anceles avtosalonunda təqdim edilib. Mazda2 əsasında düzəldilmiş yığcam yolsuzluq avtomobili gələn ilin ortalarında bütün dünyada satışa çıxarılacaq və Nissan Juke, Opel Mokka, Mitsubishi ASX və bir çox bu kimi modellərə rəqib olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yığcam krossover 2,0 litrlik benzin SkyActiv-G və 1,5 litrlik dizel SkyActive-D mühərrikləri ilə təchiz ediləcək.

CX-3 xarici görünüşü KODO firma stilini davam etdirir. Avtomobil daxildən yüngül Mazda2 modelini xatırladır. Bahalı komplektasiyalarda mühüm məlumatlar üçün proyeksiya ekranı və Mazda Connect multimedia sistemi nəzərdə tutulub.

Daha ətraflı məlumat və qiymətlər yaxın vaxtlarda açıqlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.