Audi-nin yeniliyi var - FOTO

22 Noyabr 2014 22:32
Audi şirkəti Los-Anceles avtosalonunda prologue adlı prototip təqdim edib. Avtomobil avtoistehsalçının yeni baş dizayneri Mark Lixtenin başçılığı altında işlənərək hazırlanb. Konsept avtomobil alman markasının stilində yeni istiqaməti nümayiş etdirir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, konsept dörd litrlik V8 TFSI turbo benzin mühərriki ilə təchiz edilib. Səkkiz diapazonlu avtomat ötürücü qutu ilə çalışan bu mühərrik 605 a.g. və 700 Nm fırlanma anı hasil edir. Avtomobil 0-100 km/saat sürətlənməni 3,7 saniyəyə həyata keçirir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.