Tanış olun: Porsche 914 WRX - FOTO

21 Noyabr 2014 23:48
Xeyr, Subaru və Porsche modellərinin adlarını biz qarışdırmamışıq. Şəkillərdə gördüyünüz avtomobilə Porsche 914 WRX adını onu ərsəyə gətirən bacarıqlı insanlar veriblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, qarşınızda 1974-cü ilin Porsche (daha doğrusu VW-Porsche, belə ki, bu həmin iki şirkətin birgə layihəsi olub) 914 modelinin əhəmiyyətli dərəcədə yenidən tərtib edilmiş versiyasıdır.

Başlanğıcda avtomobil 84 a.g. olan 1,8 litrlik "oppozit" mühərriklə buraxılıb, hansı ki, sonradan o 2003-cü il Subaru Impreza WRX modelindən 225-güclü 2,0 litrlik turbo mühərriklə dəyişdirilib.

ebay -da elan verən satıcı bu maşının cəmi 3 000 km sürüldüyünü deyir və onun üçün 40 000 dollar tələb edir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.