Azərbaycan SSRİ-nin tərkibində olduğu müddət ərzində bu qəbirlərə diqqət göstərilməyib. 2012-ci ildə isə xilaskar türk ordusunun burada uyuyan şəhidlərinin məzarı ətrafında kompleks yaradılıb.Qəbir daşlarının üzərində ərəb əlifbası ilə Əli və Səfərəli adları yazılıb. Bundan əlavə məzar daşında onların şəhid olduqları tarix də qeyd olunub.
Eldar Abbasov bildirir ki, hər iki şəhidin adının önündə "Hacı" sözü də yazılıb.
Eldar Abbasov bildirir ki, hər iki şəhidin adının önündə "Hacı" sözü də yazılıb.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinə kömək məqsədi ilə Ənvər paşa və Nuru paşanın başçılığı ilə 13 min nəfərdən ibarət ordu Azərbaycana gəlib.
Respublikamızın müxtəlif bölgələrində aparılan hərbi əməliyyatlar zamanı 1130 türk əsgəri şəhid olub.
Milli.Az