"Bavariya"nın futbolçusu Manuel Noyer zədəsini sağaldıb.
Milli.Az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper komanda ilə ümumi məşqlərə başlayıb.
Qeyd edək ki, Noyer şərəfini qoruduğu Almaniya millisinin düşərgəsində zədələnmişdi. Bu səbəbdən o, İspaniya yığmasına qarşı matçda oynamamışdı.
Milli.Az