Toyda iflic gəlin gələnləri kövrəltdi - VİDEO - FOTO

20 Noyabr 2014 09:48

Gəlinin vücudu qurşaqdan aşağı iflic olsa da, o, ağrılarına və ağrılı yaşamına meydan oxuyaraq arzusunu gerçəkləşdirib.

ABŞ-ın Luiziana ştatında yaşayan 27 yaşlı Keti Briland Hyuz 3 il əvvəl ağır avtomobil qəzasına düşmüşdü. Yoldakı ağırtonnajlı yük maşını onun idarə etdiyi "Volvo" avtomobili ilə toqquşmuşdu.
 

Huşunu itirən Keti hospitalın reanimasiya palatasında ayılmışdı. Onun vücudu qurşaqdan aşağı iflicdi.

Ketinin çarpayısının yanında onun sevgilisi Odi durmuşdu.

Milli.Az ABC-yə istinadən bildirir ki, Ketinin dediyinə görə, Odi ona ürək-dirək verib, "Həmişə səninlə olacağam!" deyib.

O gündən üç il sonra isə sevgililərin toyu oldu.
 

Qəzadan əvvəl fitnes təlimatçısı olmuş Ketinin dediyinə görə, sevgilisi Odi Hyuz əsl cəngavər, centlmendir: "Sözün açığı, bədənimin bir hissəsi iflic olandan sonra dünyam devrilmişdi. Həyatım məhv olmuşdu, necə yaşayacağımı bilmirdim. Amma ailəmlə bahəm, Odi mənə dəstək oldu. Sevgimizin ağrılara, əzablara, ümidsizliyə güc gəldiyini anladım. Üç il Odi məni tək qoymadı, mənimlə oldu. İndi də evləndik. Həyatımın ən gözəl gününü yaşadım".
 

İflic gəlini toyda atası və fizioterapevt müşayiət edirdilər.

Keti güclə yeriyərək bəyə doğru 3 dəqiqəlik yol qət edib.
 

Toydakı yüzlərlə qonaq bu anları kövrələrək seyr edib.

Ketinin sözlərinə görə, onun toya hazırlıq prosesində yardımçısı məşhur fitnes təlimatçısı, "American Muscle Channel Discovery"nin ulduzu Mayk Barvis idi.
 

"Keti ilk məşqlərə başlayanda onun sinəsindən aşağı vücudu dəmir breketlərlə dolu idi. Fəqərələrinin oynamaması üçün onun onurğasına dəmir millər və lövhələr də qoyulmuşdu. Dəhşətli ağrılar çəkdiyi aşkar görünürdü", - Barvis deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





фото