Maşın yol kənarında dayanan piyadanı öldürdü - FOTO

19 Noyabr 2014 22:55
Bərdənin Türkmən kəndində ölümlə nəticələnən qəza baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yerli sakinlərin məlumatına görə, rayonun Şirvanlı kənd sakini Emin Məhərrəmovun idarə etdiyi "Hundai" markalı avtomobil Türkmən kənd sakini 40 yaşlı Seymur Məmmədovu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya səbəb isə sürücünün avtomobili kəndin ortasında yüksək sürətlə idarə etməsidir. Emin Məhərrəmov piyadanı yol kənarında dayanarkən vurub.

Polis hadisə yerində araşdırma aparır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.