Azərbaycanda 2003-cü ildən başlayaraq doğum səviyyəsi tədricən yüksəlib. "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramında (2014-2025-ci illər)" qeyd olunub ki, bu dövr ərzində ümumi nəsilvermə əmsalı 1.9 səviyyəsindən yüksələrək 2013-cü ildə 2.2 təşkil edib. Qeyd olunan meyllərin və reproduktiv yaşda olan qadınların sayında və yaş strukturunda baş vermiş dəyişikliklərin nəticəsi olaraq, doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 2013-cü ildə 19 nəfərə qədər artıb.Çoxlu sayda ailələr qız uşaqlarından imtina edir, əhalinin cinsi tərkibi sürətlə dəyişir