Bakıda market belə soyuldu - FOTO

19 Noyabr 2014 11:10

Oğrular 500-600 manatlıq kontur, xeyli sayda siqaret qutuları, "Dell" markalı noutbuk və xırda mallar aparıblar

Milli.Az-ın pressaz.com saytına istinadən xəbərinə görə, ötən gecə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 16 ünvanı, 265 saylı məktəbin yaxınlığında yerləşən, Seyidov Soltan Şahir oğluna məxsus kiçik marketdən oğurluq hadisəsi baş verib.

Zərərçəkənin sözlərinə görə, oğrular marketə kiçik pəncərədən daxil olaraq, 500-600 manatlıq kontur, xeyli sayda siqaret qutuları, "Dell" markalı noutbuk və xırda mallar oğurlayıblar.

Hadisə Xətai rayonu 35-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Hadisədən fotoları sizlərə təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.