"İnciməyin, amma telefonunuza baxa bilərəm?" Danışığın düz ortasında, üzümə zəndlə baxandan sonra verdi bu sualı. Tez cibimdəki telefonu çıxarıb, masaya qoydum. "Lap yaxşı, elə bildim, səs yazırsız... Bir də görürsüz nazirlik adam göndərir, mediadakı mərdimazarlar gəlir. Ona görə bilmək istədim. Çox sual verdiz axı..."Azərbaycanda "bakirəlik bazarı"nın qaranlıq tərəfləri, ilginc detalları; dövlət tibb müəssisələri qorxur, özəl klinikalarda qiymət "ceyran belində"...