Belə bir məsəl var: "Qonşun pisdir köç qurtar, dişin ağrıyır çək qurtar". Qonşunu dəyişmək olur, ancaq bu diş məsələsi çox qəliz olduğu qədər ağrılı məsələdir. Diş insanın sağlam, rahat yaşamasının əsas atributlarındandır. İnsanın dişi onun həm siması, həm də sağlamlığının ilkin göstəricisidir. Buna görə insanı dişsiz təsəvvür etmək müşkül məsələdir. Düzdür, bəzən diş həkimi xəstə dişimizi müayinə edib, onu bərpa edə bilir. Lakin bəzən də diş elə yararsız hala gəlir ki, onu çəkməkdən başqa çarə qalmır. Bu zaman imdadımıza diş texnikləri yetişir.Diş texniki Röyal Səlimov: "Bu sənətdə bir anlıq diqqətsizlik gördüyün bütün işin boşa getməsi ilə nəticələnir"



