İlk şəbəkə istifadəyə verildi

19 Noyabr 2014 23:20
Cənubi Koreyanın SK Telecom telekommunikasiya operatoru LTE şəbəkəsində 2G və 3G xidmətlərinin daxil olduğu dünyanın ilk 2G/3G over LTE texnologiyasının kommersiya istifadəsinə verməsini bəyan edib.

Operator ümid edir ki, texnologiya şirkətin servislərinin stabilliyini yüksəldəcək, şəbəkə potensialını və iş imkanlarını artıracaq.

Nəzərdə tutulur ki, təkmilləşdirilmiş stabilliyə texnologiyanın LTE-dən stasionar 2G/3G infrastruktur əvəzinə tranzit Backhaul (informasiyanın sonradan internet kanalları üzrə yayılması üçün bir yerdə cəmləşməsi) kimi istifadə etməsi sayəsində nail olunacaq. Məsələn, stasionar şəbəkə yol çəkilişi və ya təbii fəlakətlər zamanı zədələnsə belə, 2G və 3G abunəçilərinə xidmət LTE şəbəkəsi vasitəsilə bərpa olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, SK Telecom onu da bəyan edib ki, bu texnologiyanın köməyi ilə LTE şəbəkəsi mobil operatorlar tərəfindən adətən fövqəladə hallar üçün inşa edilən əlavə optik-lif məlumat ötürmə xətlərini əvəz edə bilər. Texnologiya həmçinin stasionar infrastruktur problemləri ilə üzləşənlərə yardımçı olacaq.

2G/3G over LTE texnologiyası ilə SK Telecomun 2G və 3G abunəçiləri daha stabil və fasiləsiz xidmətlə təmin olunacaqlar, - Cənubi Koreya operatorunun mühəndis şəbəkələrinin rəisi Çoy Von bildirib.

Bildirilir ki, yeni texnologiya 2G/3G səsli şəbəkəsinin yalnız məlumatların ötürülməsi üçün nəzərdə tutulan LTE şəbəkəsinə qoşulması problemi aradan qaldırıldıqdan sonra uğurla inkişaf etdirilib. Operator 2016-cı ilədək texnologiyanın 600 baza stansiyası əsasında inkişaf etdirməyi planlaşdırır.

SK Telecom həmçinin bildirir ki, 2013-cü ilin iyununda LTE Advanced şəbəkəsini kommersiya istifadəsinə verən ilk operator olub.

Milli.Az