Nobel mükafatını Ayətullah Sistaniyə vermək lazımdır

19 Noyabr 2014 19:39
Bəzi Qərb KİV-nin iddiasına görə, Nobel sülh mükafatını ABŞ Prezidenti və Avropa Birliyinə deyil, İraqda sabitlik yaratdığı üçün Ayətullah Sistaniyə vermək lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, "Telegraf" qəzetinin jurnalisti Kolin Friman yazıb ki, "Obamanı və Avropa Birliyini unudun. Nobel sülh mükafatına həqiqətən layiq olan şəxs İraqın dini siması Ayətullah Sistanidir."

Qeyd edək ki, 2005-ci ildə "Nyu York Tayms" qəzetinin yazarı Tomas Fridman yazırdı ki, "Əgər İraqda demokratiya çiçəklənməyə başlasa, buna görə İraq şiələrinin lideri Ayətullah Sistaninin fətva və göstərişlərinə minnətdar olmaq lazımdır."

"Al-Monitor"da dərc edilən məqalədə qeyd edilib ki, "İraqda Ayətullah Sistaninin mövqeyinə diqqət etsək görərik ki, bu şəxs Nobel sülh mükafatına ən layiqli namizəddir. Regiondakı gərgin vəziyyəti məhz Ayətullah Sistaninin mövqeyi sabitləşdirdi".
 

Milli.Az