Möhtəşəm Aston Martin - FOTO

18 Noyabr 2014 17:17
"Aston Martin" şirkəti "Lagonda" markası altında buraxılacaq yeni sedanın rəsmi təqdimat mərasimini keçirdi. Avtomobil ərəb dilindən tərcümədə "tam dəbdəbə" mənası verən "Taraf" adlandırılacaq. Bu barədə "Aston Martin"-in rəhbəri Endi Palmerə istinadən "Car" məlumat verir.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Lagonda Taraf" 5,39 metrlik sedandır və VH platforması üzərində qurulub. İstehsalçı yeniliyin texniki göstəriciləri barədə məlumat verməsə də məlumdur ki, avtomobil 565 a.g. olan 5,9-litrlik V12 mühərriki və 6-pilləli avtomat sürət qutusu ilə hərəkətə gəlir. "Lagonda Taraf" yerindən 100 km/saata təqribən 5 saniyəyə sürətlənir. 

Bununla belə, artıq indidən məlumdur ki, "Lagonda Taraf" eksklüziv olacaq. Birincisi, avtomobil cəmi 100 ədəd buraxılacaq. İkincisi, bu sedanların hər biri əl ilə yığılacaq və qiyməti ən azı 634 min ABŞ dolları olacaq.
 

Üçüncüsü, "Lagonda Taraf"-i sadə üsulla almaq mümkün olmayacaq - avtomobillər yalnız "Aston Martin" şirkətinin göndərdiyi dəvətnamələr əsasında satılacaq.

Yeni möhtəşəm sedan təkcə Yaxın Şərqdə deyil, həmçinin ABŞ-da da peyda ola bilər. Endi Palmerin sözlərinə görə, təqdimata gələn insanların reaksiyasından sonra şirkət sedanın yeni bazarlara çıxarılması barədə düşünür. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.