Şahruk Xanla Salman Xan toyda barışdılar - FOTO

18 Noyabr 2014 15:03
Hind kinosunun məşhur ulduzları, tanınmış aktyorlar Şahruk Xanla Salman Xan arasında illərdən bəri davam edən ədavət başa çatıb.

Bollivud ulduzları Salman Xanın bacısı Arpita Xanın toyunda barışıblar.
 

Milli.Az The Hindustan Times-a istinadən bildirir ki, Salman Xanın "Galaxy" adlı villasında keçirilən toyun qonaqları arasında Şahruk Xan da vardı.
 

Salman Xan qonaqlar arasında Şahruk Xanı görəndə ilk əvvəl təəccüblənib, sonra özünü ələ alaraq qonağa yaxınlaşıb və onunla görüşüb.
 

Arpita Xan və iş adamı Aeyuş Şarmanın toyu Heydərabad şəhərində olub.
 

Toydan əvvəlki nikah mərasimi "Tac Fələknuma" sarayında olub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.