Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

17 Noyabr 2014 19:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram".

Milli.Az