Özü kimi olanlar VIP-partidə görüşdülər! - FOTO
17 Noyabr 2014 12:30
Sprite-ın böyük uğurla həyata keçirdiyi "Özün kimi ol" layihəsi möhtəşəm parti ilə başa çatdı. İnsanları özü kimi olmağa həvəsləndirən, onların özünü ifadə etmələrinə kömək edən "Özün kimi ol" bir müddətdir ki, hər kəsin müzakirə etdiyi bir layihədir. Bu layihəyə həsr olunmuş müsabiqə keçirildiyi müddətdə iştirakçılar Sony PlayStation4, dəbli köynəklər və 500 MB İnternet paketi kimi dəyərli hədiyyələr qazandılar. Noyabrın 2-də isə "Oxen Вrasserie & Lounge"da yarışın qalibləri Cəbrayıl Namazov, Ramil Namazov və Pərviz
Orucov öz qonaqları və layihənin simaları İlkin Həsəni, Əli İsmayılov və Orxan Aslanov ilə unudulmaz gecə keçirdilər. Onların sırasında layihəyə həsr olunmuş selfi müsabiqəsinin qalibləri də iştirak edirdi.
Qonaqlar partiyə xüsusilə dəvət olunmuş DJ-in səsləndirdiyi treklərdən əsl zövq aldılar. Kampaniya müddətində gəncləri tək qoymayan İlkin, Əli və Orxan gecədə bir daha "Özün kimi ol"dan danışdılar, layihənin uğurla keçdiyini vurğuladılar. Məşhurlar öz gizli qabiliyyətlərini göstərməklə gənclərə olduqları kimi görünməkdən çəkinməməyi təlqin etmək istədiklərini söylədilər.
Partinin xüsusi qonağı, "Avroviziya" mahnı müsabiqəsində ilk dəfə Azərbaycanı təmsil etmiş müğənnilərdən Elnur Hüseynov öz çıxışı ilə qonaqları coşdurdu. Gecə boyu qonaqlara ulduzlarla fotosessiya etmək fürsəti də verildi. Sonda bütün iştirakçılara brendləşdirilmiş "Sprite" köynəkləri və papaqları paylandı.
Böyütmək üçün şəkillərə klikləyin.